Sinqapurda yenilik — Yollara sürücüsüz avtobuslar buraxılacaq

Sinqapurda yenilik — Yollara sürücüsüz avtobuslar buraxılacaq Beş ildən sonra sürücüsüz avtobuslar yollara buraxılacaq.
"Ölkə.Az" xəbər verir ki, Sinqapur 2022-ci ildə sürücüsüz avtobuslardan istifadə etməyi planlaşdırır.

Sinqapurun nəqliyyat naziri Xau Bun Van əvvəlcə Xau, Punggol, Tenqah-Juronq bölgələrində və sıxlığın az olduğu saatlarda sınaq keçiriləcəyini bildirib.
Əhalinin az olduğu bu bölgələrdə yaşayan insanlar sürücüsüz avtobuslarla yaxınlıqdakı digər avtobus və qatar stansiyalarına çatdırılacaqlar.

Yaxın gələcəkdə isə mobil telefon vasitəsilə sürücüsüz avtobus çağırma imkanı olacaq.

Hikmət Həsənov
Tarix: 23-11-2017, 16:59
Xəbəri paylaş





Xəbər lenti