NATO qalmaqalı ilə bağlı daha bir rəzalət – Türkiyəni təhqir edən şəxs hələ də vəzifədədir

NATO qalmaqalı ilə bağlı daha bir rəzalət – Türkiyəni təhqir edən şəxs hələ də vəzifədədir NATO-da Türkiyə əleyhinə baş verən qalmaqalda daha bir rəzalət ortaya çıxıb.

Avropa.info xəbər verir ki, Atatürk və Türkiyə prezidenti Ərdoğanı təhqir edən, düşmən liderlər kimi göstərən məsul şəxslərdən birinin hələ də vəzifəsini icra etdiyi məlum olub.


“Habertürk” yazarı Murad Bardakçı bu gün yazdığı köşə yazısında Atatürkün fotosunu düşmən liderlər arasına qoyan macar kompüter işçisi hələ də vəzifəsindədir.

NATO-nun “Trident Javelin-2017” təlimində baş verən təxribatın əsas günahkarı kürd əsilli Norveç vətəndaşı kompüter işçisi göstərilsə də, istintaq çərçivəsində Macarıstan vətəndaşı olan kompüter işçisinin də bu işdə əli olduğu üzə çıxıb. Türkiyə prezidentinin adına açılmış saxta səhifədən yollanan saxta mesajları kürd əsilli Norveç vətəndaşı, Atatürkün fotosunu düşmən liderləri sırasına macar qadın kompüterçi yerləşdirmişdi.

Məsələ ilə bağlı danışan macar kompüterçi fotosunu qoyduğu şəxsi tanımadığını, təəssüf etdiyini bildirib. Üzrxahlıq etdiyi üçün isə işdən çıxarılmayaraq, hələ də vəzifəsində qalır.
Tarix: 24-11-2017, 15:45
Xəbəri paylaş





Xəbər lenti