Batumidə hoteldə yanğın baş verib, xəsarət alanlar var -YENİLƏNİB

Batumidə hoteldə yanğın baş verib, xəsarət alanlar var -YENİLƏNİB Batumidə “Leogrand” hotelində davam edən yanğın nəticəsində üç nəfər xəsarət alıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.


Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.

Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir.


***

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda hoteldən insanlar təxliyə olunur.
Tarix: 24-11-2017, 22:14
Xəbəri paylaş





Xəbər lenti