İSRAİLİN DİZLƏRİ TİTRƏMƏYƏ BAŞLAYIB –Əsəd güclənir və artıq tək deyil, qüdrətli müttəfiqləri var – TƏHLİL

İSRAİLİN DİZLƏRİ TİTRƏMƏYƏ BAŞLAYIB –Əsəd güclənir və artıq tək deyil, qüdrətli müttəfiqləri var – TƏHLİL Ben Kaspit

“Al-Monitor” (ABŞ)



Müdafiə naziri Aviqdor Liberman bu həftə hökumətdə hər kəsi heyrətə salıb. Hələ 2015-ci ildə sabiq müdafiə naziri Moşe Yaalon və Baş Qərargah rəisi Qadi Ayzenkot 2020-ci ilədək müdafiə xərclərinə dair planı təsdiqləsələr də, Liberman əlavə 4,8 milyard şekel (1,4 milyard dollar) tələb edib. Bunun rəsmi səbəbi bölgədəki yeni təhdidlərdir.


İsrail yaxın gələcəkdə diqqəti şimal sərhədinə yönəldəcək. İndi Suriya əvvəlki durumuna qayıdır və o, tək deyil. Daha güclü, daha ətli-qanlı, daha yaxşı təlim keçmiş və daha təcrübəli və qətiyyətli “Hizbullah”. Üstəlik şiə milisləri – İranın nüfuzu altında toplanmış döyüş təcrübəsi. Həm də İranın rəhbərliyi altında.

İsrail hökumətinin bir üzvü anonimlik şərti ilə “Al-Monitor”a bildirib: "Biz diqqəti birinci müdafiə dairəsinə cəmləşdirdiyimiz vaxt, ilk dairə həyata qayıdıb".

Hətta Müdafiə Nazirliyi etiraf edir ki, quru qoşunları köhnə çağırışlara kökləndiyindən pis hazırlıq vəziyyətindədir.

Libermanın tələbi müdafiə strukturunu maliyyələşdirilməsinə dair çoxillik planın bir bəndinə əsaslanır. Onun sözlərinə görə, "Əsəd qalib gəlib və hazırda Suriya ərazisinin 90 faizinə nəzarət edir. O, yeni bölmələr və briqadalar, o cümlədən hava müdafiə sistemləri qurmağa başlayır. Suriya ordusu daha hazırlıqlıdır. Onların effektiv “SA-22” batareyaları var, ancaq hələlik ondan istifadə etməyi bacarmırlar".

Son bir neçə il ərzində İsrail Müdafiə Qüvvələri (IDF) strateji təhlükəyə qarşı hazırlaşmaq üçün böyük vəsait xərcləyib. Belə ki, “F-35” döyüş təyyarəsi əldə edilib. IDF “Namer” zirehli piyada daşıyıcıları və “Kornet 9M133” raketlərinin yaratdığı təhlükəni adlamaq üçün tankları "Windbreaker" müdafiə sistemi ilə təchiz edib. Bu raketlər olmadığından 2006-cı ildə, İkinci Livan müharibəsi zamanı İsrail zirehli korpusu çoxsaylı insan tələfatı vermişdi.

Bir zamanlar "Hizbullah" İsraili kütləvi raket hücumları ilə hiddətləndirməkdən başqa heç nə edə bilməyəcək partizan hərəkatı hesab olunurdu. Lakin son iki ildə “Hizbullah” Suriyada mühüm döyüşlərdə yığılmış təcrübə ilə yaxşı təlim keçib və nizami orduya çevrilib. “Hizbullah” indi sərhədin İsrail tərəfində hücum etməyə və hətta əraziləri ələ keçirməyə qadirdir.

“Hizbullah”ın “Rədvan” təxribat qrupları və qısamənzilli “Burkan” raketləri İsrail ordusunu daim sayıq olmağa məcbur edir. Son bir neçə ildə “Hizbullah”, həmçinin pilotsuz uçuş aparatları (dronlar) və hətta az sayda tank və zirehli nəqliyyat vasitələri əldə edib.

Qrup hələ də İsrail hava qüvvələrinin zərbələri qarşısında acizdir. Lakin “Hizbullah” döyüşçülərinin, İkinci Livan müharibəsi zamanı olduğu kimi, İsrail qüvvələri ilə real təmasdan məsafədə qalması və partizan müharibəsinə üstünlük verməsi artıq unudula bilər.

Liberman İsrailin bu ssenari hazırlaşmasını düşünür.

Tramp Putinə Suriyada istədiyini eləməyə imkan verdiyindən Tel-Əvivdə pərişanlıq hökm sürür. Putin və Əsəd arasında Soçidə səmimi qucaqlaşma, Suriyada İranın iştirakının qanuni olduğuna dair Rusiyanın xarici işlər nazirinin bəyanatı və indi Fars körfəzindən Aralıq dənizinə qədər uzanır şiə oxunun aydın qələbəsi İsrailin müdafiə və siyasi eşalonlarında güclü zəncirvarı təpkilərə səbəb olur.

Anonimlik şərti ilə danışan rəsminin sözlərinə görə, Liberman müntəzəm zarafat edir ki, "bizi heç kim təhdid etmir". 2018-ci il yaxınlaşdıqca artıq onu ələ salır və yanaqlarının qızardığını müşahidə edirlər.



Tərcümə: Strateq.az
Tarix: 24-11-2017, 22:20
Xəbəri paylaş





Xəbər lenti