Tramp sözünün üstündə durmadı: Türkiyəni yenə aldatdılar

Tramp sözünün üstündə durmadı: Türkiyəni yenə aldatdılar Bölgədən bu gün gələn görüntülər və ortaya atılan iddialar, Trampın sözündə durmadığını sübut edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya və İran liderləri ilə Suriyanın gələcəyini müzakirə etdikdən sonra ABŞ prezidenti Donald Tramp ötən şənbə günü telefonla Ərdoğana zəng etmiş və iki lider arasında geniş Suriya müzakirələri olmuşdu.

Tramp bu söhbətdə PKK/YPG-yə verilən minlərlə silahla dolu "TIR"-la bağlı Barak Obama administrasiyasını ittiham edərək "səfeh" saydığı bu addımın qarşısını almağa söz vermişdi.


Lakin bölgədən bu gün gələn görüntülər və ortaya atılan iddialar, Trampın sözündə durmadığını sübut edir.

Belə ki, bölgədən reportaj hazırlayan KİV nümayəndələrinin kadrlarında ABŞ ordusunun da istifadə etdiyi "Humvee" modelli zırehli "TIR"lar görülür.

Bölgədəki koalisiya anlamına gələn ABD Mərkəzi Qüvvələr Komandanlığı, Birləşmiş Ortaq Məqsəd Gücü-Təbii Qətiyyətlilik Hərəkatı İraq və Suriya Komandanlığı mətbuat xidmətindən isə türk jurnalist Mete Sohtaoğluna prezident Trampın sözlərinə baxmayaraq YPG-yə dəstəyin davam etdiriləcəyini bildiriblər.


Tarix: 28-11-2017, 07:44
Xəbəri paylaş





Xəbər lenti