Rus kosmonavt “Yer kürəsindən kənar həyat var” iddiası ilə çıxış etdi

Rus kosmonavt “Yer kürəsindən kənar həyat var” iddiası ilə çıxış etdi Beynəlxalq Kosmos Stansiyasının (ISS) rus kosmonavtı Anton Şkaplerov stansiyadan kənar bir canlı bakteriya tapdığını iddia edib.

Moderator.az rus mediasına istinadən xəbər verir ki, Şkaplerov, mikroorqanizmlərin xarici kosmosdan gəlmiş ola biləcəyini və bu bakteriyaların daha əvvəlki nümunələr arasında görülmədiyini bildirib.

Bakteriyalar üzərində tədqiqatlar həyata keçirildiyini deyən kosmonavt, yer kürəsindən gələn bəzi bakteriya növlərinin də 150 dərəcə istiliyə davamlı olduğunu açıqlayıb.

Şkaplerova görə bu bakteriya, yer kürəsindən kənar həyata aid ilk tapıntı ola bilər.

Kamran
Tarix: 28-11-2017, 23:36
Xəbəri paylaş





Xəbər lenti