AB-Ermənistan sazişi:“Ermənilər özlərini tora salıblar” – Təhlil

AB-Ermənistan sazişi:“Ermənilər özlərini tora salıblar” – Təhlil İrina Corbenadze

rosbalt.ru, 28.11.2017



İrəvana Rusiyanın buyuruğu az idi və bu boşluğu AB ilə sazişlə doldurub. Bununla belə, Avropanın yeni “kasıb qohum”u nədənsə əmindir ki, böyük oyunda qalib gəlib.

Ermənistanın Avropa Birliyinə yaxınlaşmaqda ikinci cəhdi, nəhayət, baş tutub – tərəflər keçən həftə AB-nin “Şərq tərəfdaşlığı” sammitində hər şeyi əhatə edən və genişləndirilmiş əməkdaşlıq haqda çərçivə sazişi imzalayıb. Düzdür, o, Rusiyanın bir neçə il qabaq pozduğu və İrəvanı AİB-ə girməyə məcbur etdiyi AB ilə assosiasiya haqda sazişdən “daha zəifdir”. Lakin Ermənistan və AB bu xüsusda uzun müddət kədərlənməli olmayıb. Sonuncu möhkəm hiddətlənmişdi ki, ermənilər RF-nin yedəyində gedirlər, lakin vaxtında onlara “bağışlanma” hədiyyə edib – axı Moskvanın İrəvana basqısı qeyri-mütənasib idi – Ermənistanın Avropaya birbaşa külək üzrə olmasa da, ən azı, “qals”la dreyf üçün yeni yol tapması – burada lap güclü də titrəyər.


Əslində, Ermənistanın bu cür fəxr etdiyi, lakin çətin ki, ona yaxşı xidmət göstərəcək çoxamilli siyasətin məğzi də bundan ibarətdir: ən yeni tarixin dünya təcrübəsinin göstərdiyi kimi, belə siyasət dövrü keçmişə gedir. Belə ki, Ermənistan bir qədər arxada qalıb.

Hər necə olsa da, iş görülüb və çox gözəldir ki, “Rusiya amili” ona əngəl olmayıb. Düzdür, assosiasiya haqda sazişdən fərqli olaraq çərçivə müqaviləsi ilk baxışdan daha adi görünür və özü də tərəflər arasında gerçəklikdə azad olmayan azad ticarət zonasının yaradılmasını tələb etmir, çünki “nigaha girənlər”in ticari-iqtisadi və başqa bərabərliyini nəzərdə tutmur. Yeri gəlmişkən, qarşıda onları sənədin ratifikasiyası gözləyir və bunun uğuruna şübhə etmək lazım gəlmir.

Rəsmi məlumata görə, sazişin ümumi maddələri Ermənistan və AB arasında “ümumi dəyərlər və sıx əlaqələr”ə əsaslanan siyasi və iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün yeni platforma formalaşdırır. Onda əsas vurğu tərəflərin siyasət, nəqliyyat, ekologiya, energetika, ticarət, islahatların keçirilməsi, yatırım layihələrinin gerçəkləşdirilməsi və s.-ə edilir. İndiki anda Ermənistan iqtisadiyyatının əsas yatırımçısı Rusiyadır – respublikanın bütün strateji obyektləri ona məxsusdur.

Ermənistanda isə total eyforiya olmasa da, “dərin məmnunluq hissi” hökm sürür. Yerli ekspertlərin böyük əksəriyyəti əmindir: Ermənistan “böyük oyundan qalib” çıxıb. Onun Avropa Birliyi ilə saziş bağlamaqdan nələr əldə edəcəyi haqda respublika prezidenti Serj Sərkisyan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Onun sözlərinə görə, Ermənistan vətəndaşları sənədin imzalanmasının nəticələrini dərhal hiss etməyəcəklər, amma “il ərzində bunu duyacaqlar, çünki biz AB-nin yardımı ilə islahatları sürətlə aparmaq iqtidarındayıq”.

Əvəzində ermənilər tezliklə “daxili azadlıqlar” (sual – bunu əvvəllər etməyə onlara kim mane olurdu?) və Şengen zonası dövlətlərinə vizasız getmək imkanı əldə edəcəklər. Lakin qeyd edək ki, AB ilə vizasızlıq tətbiqi haqda danışıqlar yalnız nəzərdə tutulur və bu, işdə Şengen arealı tərəfindən qonaqları qəbul etməyə hazırlığın vaxtında təsdiqinin zərurətinə dönüşə bilər.

Sərkisyan sazişin Ermənistana təhlükəsizlik səviyyəsdində necə təsir edəcəyi sualını cavablandırarkən Qarabağ tənzimlənməsi üzrə ATƏT- in Minsk Qrupu həmsədrlərinin həmrəyliyinin önəmini qeyd edib. Onun sözlərinə görə, “Onların tam həcmdə əməkdaşlıq etməsi nadir haldır və artıq bu, uğurdur”.

Düzdür, “Şərq tərəfdaşlığı” sammitinin tribunasından Azərbaycanı “ifşa etmək” üçün (bu haqda – aşağıda) faydalanan Ermənistan prezidenti boynuna alıb: “Ermənistan-AB sazişi çərçivəsində nəzərdə tutulan təhlükəsizlik mexanizmləri indi fəaliyyətdə olan mexanizmlərlə müqayisəyə gəlmir”.

Bu, faktiki olaraq bildirir ki, o, Ermənistanın təhlükəsizliyinə zamin kimi təkcə ATƏT-in Minsk Qrupunu deyil, daha çox Ermənistan sərhədlərinin bir hissəsini qoruyan və necə deyərlər, güzəştli qiymətlərlə ona güclü silahlar tədarük edən “müttəfiq” Rusiyanı görür. Həm də Ermənistanda Rusiya hərbi bazası yerləşdirilib. Bir də respublikanın KTMT-yə üzvlük faktı da, heç olmasa, nəsə bildirir. Bu öz növbəsində ondan xəbər verir ki, Moskva ən müxtəlif bəhanələrlə “haqqını yeridəcək”, çünki Ermənistanın təhlükəsizlik “saqqalı” onun əlindədir. İstəsə, dartacaq. Həm də ağrılı şəkildə.

Digər tərəfdən – Ermənistanın bəzi KİV-ləri, xüusən Lragir eyham vurur ki, AB ilə saziş imzalandıqdan və ratifikasiyadan sonra Ermənistanın “kəkili” NATO-nun əlinə keçə bilər. Deməli, nəşr sıradakı məlumatı verərək ona özünün analitik bəzəyini vurur: “Saziş Ermənistanın hərbi-siyasi təhlükəsizlik sisteminə mühüm əlavə ola biləsi amildir. Azərbaycan prezidenti bu amilin önəmini anlayaraq “Şərq tərəfdaşlığı” sammitinə qatılmaq üçün Brüsselə yollanıb NATO-nun mənzil qərargahını məxsusi ziyarət edib. Görünür, AB-Ermənistan sazişinin Qafqazda təhlükəsizlik balansına təsiri haqda anlayış əldə etmək üçün. Məsələ burasındadır ki, AB-Ermənistan Sazişinin təhlükəsizlik komponentinin siyasi icrasını NATO, daha dəqiqi, NATO-Ermənistan formatı həyata keçirəcək. Təsadüfi deyil ki, bir neçə həftə əvvəl Ermənistana gəlmiş Polşa xarici işlər naziri İrəvanda bildirib ki, AB və NATO-nu da təmsil edir. O həmçinin bildirib ki, NATO-nun 2018-ci il yaz sammitinə qədər bölgəsəl təhlükəsizlik haqda daha çox bilmək və Ermənistanın bu haqda görüşünü dinləmək istərdi”.

Və sonra: “Rusiya yeni durumda, heç olmasa, minimum “tarif” üzrə Ermənistanın təhlükəsziliyi ilə hesablaşmağa məcburdur… Təhlükəsizliyin təminatının yeni məntiqi çərçivəsində NATO ilə əməkdaşlığa Rusiyanın alternativi yoxdur, çünki Rusiyanın Türkiyə və Azərbaycanla əmədaşlığı ona təkbaşına bölgədə hətta nisbi sabitliyi də təmin etmək imkanı vermir və Moskvanın Türkiyə və Azərbaycan qarşısında öhdəlikləri tarazlaşdırmaq ehtiyacı var… bu cür əks-tarazlıq NATO, meydança isə Ermənistan ola bilər. Bu mənada sazişin Ermənistan üçün hərbi-siyasi əhəmiyyəti təkcə Avropa Birliyi ilə münasibətlərin dərinləşdirilməsi deyil, həm də Türkiyə-Azərbaycan təsirinin tarazlaşdırılması mənasında Rusiyanın bölgə siyasətinin transformasiyasına dəstəkdən ibarətdir… Ermənistan-AB sazişi özündə beynəlxalq konsensus mənası daşıyır və ehtimal ki, NATO-nun mənzil qərargahında alyansın Əliyevlə birgə brifinqində Qarabağ münaqişəsinin hərbi həlli olmadığı və eskalasiyadan yayınmaq lazım gəldiyini bildirən baş katibi Stoltenberqin diliylə Əliyevə məhz bunu izah ediblər”.

Ümumiyyətlə, Ermənistan özünə sadiq qalır və iki, ya da hətta üç kürsüdə oturmağa cəhd edir ki, bu da “balansı saxlamaq” vərdişləri olmadığından və yaxud bir və ya bütün “oturacaqlardan” yıxılmaq təhlükəsi üzündən “apriori” olaraq uğursuzdur.

Bəli, Avropa Birliyi “islahat və demokratiya” üçün ona pul atacaq, lakin Rusiyanın dövlət kapitalı respublikanı kökündən tam almaqla ona o cümlədən qazın qiyməti, silahlanma və s. üzrə xeyli güzəşt və imtiyazlar verir. AB Rusiya kapitalı və təsiri fonunda, əlbəttə, solğun görünür.

Və Ermənistan üçün son dərəcə aktual daha bir məsələ: Avropa Birliyi respublikanın atom stansiyasının bağlanmasını israr edir, halbuki Rusiya onun istismar müddətinin uzadılmasına yönəlib. Belə ki, “suveren” Ermənistan bu planda – başqa planlarda da – iki diktatorun atəşi altında qalıb. Və yaxud artıq iki “əmcəyi” sümürməli olan “sakit” buzovun vəziyyətində. Respublika bu cür gücləndirilmiş “qidalanmaqdan” kökəlməyəcək. Əksinə, geopolitik, daxili-siyasi, hərbi-texniki, energetik, iqtisadi və başqa çəkidə çox şey itirir. Məntiqə əsasən, bu cür perspektiv İrəvanı gərginləşdirməlidir, amma gərginləşdirmir: erməni meşşanı öz ölkəsinin Avropa gələcəyinə, yəni AB-yə girməyə möhkəm inanır. Lakin buna hətta AB ilə assosiativlik sazişi olan Moldova da (ən azı, prezidenti) iddia etmir. Kişinyovun “AB-yə birləşməyə heç bir şansı olmadığını” İqor Dodon deyib. Onun yaydığı bəyanatda ölkəsinə dəstəyə görə AB-yə təşəkkür, lakin eyni zamanda respublikanın Rusiya ilə gerçək strateji tərəfdaşlığa qayıtmasına əminlik ifadə edilir.

“Geopolitik eksperimentlər və siyasi oyunlar dövrü keçib. Və hakim rejimin bunu anlaması lazımdır, – Dodon bildirib. – … Xalq daha geopolitik illüziyalar altında ölkənin dağılmasına dözməyəcək!”

Onun fikrincə, Moldova vətəndaşları AB-yə girməyin təkcə gerçəkləşə bilən deyil, həm də ən yaxın zamanda həll edilə bilən olduğunu sübut etmək məqsədilə kütləvi manipulyasiya kampaniyasına məruz qoyulub. Dodon hesab edir: Avropayönlü isterika qarşısına yeganə məqsəd qoyur – bank sistemindən milyardlarla avro oğurlamaq, dövlət institutlarını qəsb etmək, çoxlu məktəb və uşaq bağçasını bağlamaq, ölkədən yüz minlərlə adamı qovalamaq üçün ideal pərdə yaratmaq. Düzdür, AB ilə assosiasiya sazişi olan Gürcüstan bu cür “nəğmələr” oxumur. Brüsselin dəyərləndirdiyinə görə, Tiflis bölgədə “Şərq tərəfdaşlığı” proqramının lideridir. Lakin qeyd edək ki, gürcülərdə də anlama var ki, onlara hələlik AB-yə üzvlük görünmür.

Qaldı ki Ermənistana, onun “səmadakı durna” haqda deyil, Qarabağ probleminin gerçək tənzimlənməsi, nəqliyyat blokadasının yumşaldılması və öz məhsullarının, heç olmasa, postsovet dövlətlərə daha geniş miqyasda çıxışı haqda düşünməyi lazımdır. Yuxarıda deyildiyi kimi, Sərkisyan Qarabağ və Azərbaycana aid “tutarlı söz”ünü deməkdən ötrü “Şərq tərəfdaşlığı” sammitinin tribunasını seçib. Deməli, yeri gəlmişkən, bu yaxınlarda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşən Ermənistan prezidenti tənzimləmə üzrə danışıqlar prosesinin xeyli fəallaşması fonunda bildirib ki, Qarabağ münaqişəsinin həlli DQR-in öz müqəddəratını azad təyinetmə hüququ gerçəkləşmədən ona mümkünsüz görünür. O həmçinin Ermənistanın ünvanına “əsassız ittihamlar”a görə prezident Əliyevə tənə vurub.

Amma Avropa “ağzına su alıb”: nə Ermənistanı, nə də Azərbaycanı dəstəkləyib. Ehtimal ki, AB bundan sonra da oxşar siyasəti izləyəcək. Lakin o, tənzimləmənin Ermənistan ssenarisinə lobbilik etmək, onun əvəzinə vuruşmaq iqtidarında deyilsə, bədnam “çoxvektorluluqdan” savayı sazişlə bağlı bu sirk niyə təşkil olunmuşdu?

Azərbaycanın haqqin.az nəşri azadlıq uğrunda Avropa alyansının (Qərbyönlü siyasi partiyaların birliyi) vitse-prezidenti, Latviya gələcəyi araşdırma İnstitutunun direktoru Normands Qrostinşa məxsus maraqlı və açıq mülahizələri sitat gətirir. Onun sözlərinə görə, AB-nin tərəfdaş və yaxud bu cür ola biləcək ölkələrdəki münaqişələrə münasibəti “tamamilə neytraldır”.

Bunlar Brüssel üçün yalnız Avropa Birliyindən malların və ixracatın hərəkətinə və yatırımlardan gəlir əldə etməyə maneçilik törədəcəyi halda maraq doğurur. Ekspert deyib: “Əlbəttə ki, mane olan amil kimi münaqişələr mənfi qiymətləndirilir, lakin Avropa Birliyi tənzimləmə üçün heç bir əsaslı səy göstərməyəcək”.

İrəvanla saziş məsələsində isə “Avropa Birliyi öz mallarının Ermənistana çıxışında imtiyazlara nail olub”. Lakin yekunda (örnəklər – Moldova, Ukrayna, Gürcüstan ) “yerli müəssisələr yüksəlmiş rəqabətlə üzləşir, adamlar işlərini itirirlər”.

Nəşrin həmsöhbəti həmçinin vurğulayıb ki, Avropa Birliyi “postsovet məkanında Rusiyanın nüfuzunu yetərincə güclü şəkildə zəiflədib”. Ekspert AB ilə Ermənistan arasında bağlanan sazişin nəticədə kimin xeyrinə olduğu haqda sualı cavablandırıb: “AB ona əlverişli olmayan sazişi heç vaxt bağlamaz… Avropa Birliyinin yaxşı analitikləri var, hər şey diqqətlə hesablanır. Digər tərəf bunu anlayırmı? Bilmirəm”.

Ehtimal ki, çağdaş dünyada yalnız mif olan “çoxvektorluluğa” aludə olaraq “anlamayan” Ermənistan üçün özəl illüziyalar buraxmayan, olduqca mənalı bəyanatdır. Əslində isə, Ermənistan çəkiclə zindanın arasına düşüb və iki “kuklaoynadan”a – Rusiya və AB-yə – onun ipini çəkmək, birbaşa deyilsə, şantaj imkanı verib. Başqaları da “çəkmək” növbəsinə dursalar, təəccüblü heç nə olmayacaq. Məsələn, NATO, Türkiyə, Ermənistana bütün “sevgisiylə” yanaşı İran və başqaları. Belə çıxmırmı ki, ermənilər özlərini tora salıblar?

Tərcümə Strateq.az-ındır.
Tarix: 29-11-2017, 22:29
Xəbəri paylaş





Xəbər lenti