Baş nazirin təyyarəsinə uçuş icazəsi verilmədi

Baş nazirin təyyarəsinə uçuş icazəsi verilmədi Rəsmi ziyarət üçün Səudiyyə Ərəbistanına İran üzərindən getmək istəyən Bolqarıstan baş naziri Boyko Borisovun təyyarəsi geri qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, buna görə təyyarə Türkiyədə eniş edib.

Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva bildirib ki, türkiyəli rəsmilər məsələyə müdaxilə edərək təyyarənin İraq üzərindən uçmasını təmin ediblər.

Daha sonra İranın Bolqarıstandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılaraq izahat tələb edilib.

Hazırda araşdırma aparılır.
Tarix: 30-11-2017, 07:40
Xəbəri paylaş





Xəbər lenti