Putin Sarkisyanın onu satmasına niyə göz yumdu? – ŞOK SƏBƏBLƏR

Putin Sarkisyanın onu satmasına niyə göz yumdu? – ŞOK SƏBƏBLƏR Ermənistan Rusiyanın iradəsinin əksinə gedərək, Avropa İttifaqı ilə saziş imzaladı. Halbuki, Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqına üzv ölkənin əks cəbhə ilə anlaşması suallar yaradır. Xüsusilə Rusiyanın buna niyə göz yumduğu maraqlıdır.

Siam.az Publika.az-a istinadla xəbər verir ki, erməni politoloq Mavel Sarkisyan Ermənistanın Avropa İttifaqı ilə saziş imzalaması qarşısında Rusiyanın susqunluq nümayiş etdirməsinin daha dərin və qapalı səbəblərinin olduğunu bildirib.

Onun sözlərinə görə, bu məsələdə Ermənistan hakimiyyəti heç nəyi həll etmədi: “Bu, birbaşa Avropa ilə Rusiya arasındakı razılaşmanın nəticəsi idi. Rusiya başqa yerdə başqa şeylər aldığı üçün Ermənistana göz yumdu. Çünki bu gün Rusiya Suriyadan tutmuş Səudiyyə Ərəbistanına qədər olan bölgədə aktivliyini artırır. Əslində bütün bunlar ümumi razılıqlar əsasında baş verdi. Ermənistanın saziş imzalaması da bu razılığın bir hissəsi idi”.

M.Sarkisyan qeyd edib ki, Ermənistanın mövqeyi böyük çəkiyə malik deyil: “Bir az sərt desək, bizi heç kim olaraq qəbul edirlər. Ermənistan hakimiyyəti də istənilən göstəriş qarşısında baş əyir. Bundan əvvəl gördük ki, hazırda hakimiyyət Qarabağ məsələsində razılığa asanlıqla gəlməyə hazırdırlar və adi hücumların qarşısında geri çəkilirlər. Rusiyanın Ermənistanın imzaladığı saziş haqda sərt reaksiya verməməsi erməni ictimaiyyətində eyforiya yaradıb. Hərçənd, bizim kədərli reallıqlarımız var. Bunlardan biri də bizim heç nəyi həll etmədiyimizdir”.

Siam.az
Tarix: 30-11-2017, 14:51
Xəbəri paylaş





Xəbər lenti