Argentinanın Hərbi Dəniz Qüvvələri "San-Xuan" sualtı qayğının məhvini etiraf ediblər

Argentinanın Hərbi Dəniz Qüvvələri "San-Xuan" sualtı qayğının məhvini etiraf ediblər Argentinanın "San-Xuan sualtı qayığının heyət üzvlərinin xilasetmə əməliyyatı başa çatıb. Bundan sonra qayığın axtarışı davam etdiriləcək.

"Report" "RT en Espanol"-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəsmi nümayəndəsi Enrike Balbi keçirdiyi xüsusi mətbuat konfransında bildirib.

"Xilasetmə əməliyyatı qurtarıb, indi sualtı qayığın axtarışları davam edir", - deyə Balbi qeyd edib. Beləliklə, "San-Xuan"ın 44 dənizçisi həlak olmuş sayılır.

O, qeyd edib ki, bütün səylərə baxmayaraq, axtarış zonasında qayığın qəzaya uğraması ilə bağlı heç bir sübut tapılmayıb.
Xatırladaq ki, sualtı qayıq noyabrın 17-də itib.
Tarix: 1-12-2017, 08:35
Xəbəri paylaş





Xəbər lenti