Kataloniya paytaxtında partlayış törədilib

Kataloniya paytaxtında partlayış törədilib Barselonada minalanmış avtomobilin partlaması nəticəsində bir nəfər ölüb. “RİA Novosti”xəbər verir ki, polis əməkdaşlı terror aktı hesab etdikləri hadisənin kriminal dairələr arasında ədavət nəticəsində törədildiyini bildirib.

Məlumata görə, insident Viladekans bələdiyyəsinin avtomobil dayanacağında baş verib. Hadisə nəticəsində iki avtomobil yanıb, yaxınlıqdakı 4 binanın sakinləri təxliyə olunublar.

Həlak olan şəxsin fahişəlik sahəsinə fəaliyyət göstərən kriminal qruplaşmanın üzvü olduğu bildirilir. Həmin şəxsin 2013-cü ildə La Junkera şəhərindəki “Paradiz” kompleksində törədilən partlayışla əlaqəli olduğu qeyd olunur.
Tarix: 1-12-2017, 09:20
Xəbəri paylaş





Xəbər lenti