Ərdoğanın adı böyük qalmaqala qarışdı

Ərdoğanın adı böyük qalmaqala qarışdı "Ərdoğan türk banklarına İranla qızıl ticarəti başlatmaq barədə təlimat verdi"
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozması səbəbindən haqqında istintaq gedən Rza Zərrabın Nyu-Yorkda keçirilən məhkəməsində ilk dəfə olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adı çəkilib. Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən xəbər verir.



Sanksiyalar səbəbilə İranın beynəlxalq aləmdən təcrid olunmaması üçün Türkiyə dövləti ilə yaxından çalışdığını etiraf edən Zərrab bu işdə prezident Ərdoğanın da dəstəyi olduğunu söyləyib.

"2012-ci ildə dövrün baş naziri Ərdoğan və xəzinədən məsul nazir Əli Babacan türk banklarına İranla qızıl ticarəti başlatmaq barədə təlimat verdi. Baş nazirin göstərişi ilə bağlı xəbəri mənə Əli bəy çatdırdı. "Halk Bank"-dan başqa "Ziraat" və "Vakıfbank" da İrana qarşı beynəlxalq sanksiyaların pozulmasında iştirak etdi" — Rza Zərrab bildirib.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda davam edən məhkəmə işinə münasibət bildirib. "Deyirlər ki, biz Amerikanın İrana qarşı sanksiyalarını pozmuşuq. Biz o sanksiyalara nə vaxt qoşulduq ki, hələ bir pozaq da?! Dünya təkcə ABŞ-dan ibarət deyil. Bizim İranla ticari və enerji əlaqələrimiz var. Nyu-York məhkəməsindən nə qərar çıxırsa çıxsın, ölkəmizi maraqlandırmır" — prezident vurğulayıb.


Tarix: 1-12-2017, 16:20
Xəbəri paylaş





Xəbər lenti