Yaxın Şərqdə gərginlik: İsrail İranın hərbi bazasını bombaladı

Yaxın Şərqdə gərginlik: İsrail İranın hərbi bazasını bombaladı İsrail qırıcıları Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən İran hərbi bazasını bombalayıb, Suriyanın hava hücumundan müdafiə sistemləri isə qırıcılara raketlərlə cavab atəşi açıb.

Qaynarinfo xəbər verir ki, xəbəri İsrailin Haarets nəşri son dəqiqə başlığı ilə yayımlayıb.


Hücumun gerçəkləşdiyi bölgə Dəməşqin 13 kilometr yaxınlığında yerləşir. Bombardmandan sonra şiddətli partlayış səsləri eşidilib. Suriya İnsan Haqları üzrə Müşahidə Şurası partlayışdan sonra Dəməşq və ətraf şəhərlərdə elektriklərin kəsildiyini bildirib.

Məsələ ilə bağlı nə İran, nə də İsrail rəsmiləri heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, bir müddət öncə BBC Kisvada İrana aid hərbi bazanın qurulduğunu bildirmişdi.
Tarix: 2-12-2017, 10:23
Xəbəri paylaş





Xəbər lenti