AMERİKALILAR TÜRKİYƏ VƏ QƏTƏRDƏKİ HƏRBİ BAZALARDAN ÇIXIR –Rəsmi Pekin boşluğu doldurmağa çalışır - TƏHLİL

AMERİKALILAR TÜRKİYƏ VƏ QƏTƏRDƏKİ HƏRBİ BAZALARDAN ÇIXIR –Rəsmi Pekin boşluğu doldurmağa çalışır - TƏHLİL Şəhab Məkahlə,

Geostrateji Media Mərkəzinin direktoru



“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)



ABŞ Qətərdəki (əl-Udeyd) əsas hava bazasını İordaniyanın Azraq şəhərinə köçürəcək və Çin Dohadakı ABŞ-ın hava bazasının yeni sahibi olacaqmı?

Birləşmiş Ştatlar ordusunun "Stars and Stripes" nəşrində bildirilir ki, Pentaqon Azraqdakı “Müvəffəq əl-Salti” bazasına ABŞ-ın xaricdəki hava qüvvələrinin hamısından daha çox – 143 milyon $ vəsait xərcləmək istəyir. Bu, müxtəlif düşüncələrə əsasən, Qətərdakı “Udeid Airbase”-ın tərk edilməsi deməkdir.




Ciddi yerdəyişmə



2015-ci ilin fevral ayında Vaşinqton və Əmman ABŞ-ın İordaniyaya 2018-ci ilədək hər il 1 milyard $ hərbi yardımı edəcəyinə dair qeyri-icbari memorandum imzalayıb. Çünki o, İordaniyanı Yaxın Şərqdəki əvəzsiz tərəfdaş hesab edir. ABŞ-ın İordaniyaya bu qədər valeh olması 1957-ci ildən – Vaşinqtonun regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi baxımından Əmmanın rolunu həlledici hesab etdiyi zamandan başlayır.

ABŞ-ın diqqəti əsasən İordaniyanın hərbi əhəmiyyətinə yönəlmiş olsa da, son dövrdə ABŞ-ın Türkiyə ilə münasibətlərində uğursuzluqları və Vaşinqtonun Qətərin terrorizmlə mübarizə üzrə mövqeyi ilə bağlı narazılığı ucbatından (bu, əl-Udeyddən İordaniyaya köçün əsas amillərdən biridir) İordaniya regionda mühüm rol oynayacaq.

Bu ilin may ayında ABŞ prezidenti Donald Tramp xarici aerodromları təkmilləşdirmək üçün 500 milyon dollar ayırmağı planlaşdırdığını elan edib. Konqresə göndərilən Müdafiə Nazirliyinin büdcəsində hərbi hava qüvvələrinin (HHQ) payı 478 milyon dollar təşkil edir. Bu məbləğin təxminən 207 milyon $-ı Yaxın Şərqdə, o cümlədən Türkiyədəki İncirlik və İordaniyada yerləşən “Müvəffəq əl-Salti” bazaları üçün nəzərdə tutulur. ABŞ İŞİD əleyhinə əməliyyatlar üçün məhz onlardan istifadə edir. Qalan 271 milyon $ isə NATO-ya üzv ölkələrin hava bazaları və aeroportları üçün ayrılıb.

“Müvəffəq əl-Salti” hava bazası Əmmandan 55 kilometr aralıda (Suriya sərhədindən 35 km cənubda) və İraq sərhədi yaxınlığında yerləşir. O, hərbi hava əməliyyatları üçün istifadə edilir. Təqdim olunan məbləğ hava limanları açmaq, pilotlar və ekipajlar üçün təyyarə anqarı və yataqxanalar tikmək üçün istifadə olunacaq.

İordaniyadan gələn hərbi məlumatlar göstərir ki, sözügedən baza ABŞ-ın Suriya və İraqda hədəfləri vurmaq üçün “MQ-9 Reaper” dronlarına görə istifadə olunur. “H4” olaraq da bilinən həmin hava bazası “Royal Jordanian Airforce”-a (İordaniya Kral Hava Qüvvələrinə) məxsus olan müxtəlif platformalar da yerləşir.

Əl-Udeyddə ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM, ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı – USAF), 83 nömrəli RAF Ekspedisiya Hava Qrupu və (ABŞ HHQ-nin) 379-cu Hava Ekspedisiya Qanadı yerləşdiyindən İordaniya hava limanına keçid tezliklə baş verməyəcək. Əl-Udeyd hava limanında ABŞ əsgərlərinin sayı 10 mindən çoxdur.

Eyni zamanda, “Müvəffəq əl-Salti” hava limanında dəstəkləyici qurğu və yeni infrastruktur daxil olmaqla, Həyati Dəstək Sahəsi (LSA) üçün iş davam edir. İordaniya hava limanında yük və personal əməliyyatları üçün saxlanc obyektlərinin genişləndirilməsi nəzərdə tutulur.

İyulun 12-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın əl-Udeyddən köçməyə hazır olduğunu bildirib. "Biz [ABŞ] haranısa tərk etməyə ehtiyac duysaq, 10 ölkə öz vəsaiti ilə bizim üçün hava bazası açmağa hazırdır", – prezident deyib.



Alman əsgərləri də köçür?



Bu arada, Almaniya İordaniya ilə qoşunlarını Türkiyədən çıxararaq “Müvəffəq əl-Salti” hava bazasına yerləşdirmək üçün aylardır danışıqlar aparır. Alman ordusunun İncirlikdən “Müvəffəq əl-Salti”yə hərəkət etməsi qərarı suriyalı qaçqınların Avropaya axını, Almaniyada islamçılara (gülənçilərə – tərc.) dəstək və bir sıra digər məsələlərlə əlaqədar Türkiyə və Almaniya arasındakı siyasi-diplomatik mübahisələrdən sonra verilib.

Türkiyənin indi Moskvaya yaxınlaşması ilə hətta NATO-nun İncirlikdəki bazasını ləğv etmək və tədricən İordaniyaya köçmək qərarı aldığı deyilir.



Çin Dohada ABŞ-ı əvəz edəcəkmi?



Sentyabrın 27-də Çinin təhlükəsizlik naziri Qo Şenkun və qətərli general Səəd əl-Xulaifi Pekində təşkil edilən INTERPOL zirvəsində bir araya gəlib və terrorla mübarizə mövzusunda əməkdaşlığı müzakirə edilib, bu mövzuda koordinasiyasını artırmaq üçün müqavilə imzalayıblar.

Doha-Pekin əlaqələrinin son vaxtlarda müxtəlif sahələrdə (enerji, bank, təhlükəsizlik və hərbi) gücləndiyini nəzərə alsaq, deməli, Çin müdafiə sahəsində əməkdaşlıq üçün Qətəri cəlbedici yer kimi nəzərdən keçirir.

Çin Qətər maye qazının (LNG) böyük bir idxalçısıdır. Beləliklə, Pekin Çin sənayesinin inkişafı və genişləndirilməsi üçün çox vacib olan bu enerji mənbəyini təmin etməyə çalışır.


Pekinin hərbi qüvvələri Qətərin əl-Udeyd bazasını (ABŞ -ın onu tərk etmə niyyətindən sonra) diqqətdə saxladığı bildirilir. Çin üçün Qətər əhəmiyyətlidir, çünki o, qeyri-rəsmi islamçı aktyorlarla əlaqəsi olan yeganə ərəb dövlətidir. Dohanın onlarla, xüsusilə də Şərqi Türküstan (Sincan) İslam Hərəkatı ilə asanlıqla danışıqlar aparması mümkündür.

Beləliklə, Çin Qətəri Ərəb Dünyasında faydalı tərəfdaş hesab edir.

ABŞ-ın əl-Udeyd və İncirlikdən İordaniyaya keçidi asan sayıla bilməz, çünki bu, böyük logistik çatışmazlıqlara səbəb ola və infrastrukturun inkişafını tələb edə bilər.

Ancaq amerikalılar və NATO-ya üzv ölkələr, xüsusilə Dohada türk hərbi bazası qurulduqdan sonra, bölgədə Ankara və Dohanın rolunu yenidən düşünməyə başlayıblar. Amerikalılar əl-Udeyddən ayrılarsa, Çin boşluğu doldurmağa tam hazır görünür.



Tərcümə: Strateq.az
Tarix: 2-12-2017, 20:40
Xəbəri paylaş





Xəbər lenti