Heç bir gizli razılıq olmayıb... – Tramp

Heç bir gizli razılıq olmayıb... – Tramp Keçmiş müşaviri Maykl Flinnin yalan ifadə verdiyini etiraf etməsindən sonra ABŞ Prezidenti Donald Tramp növbəti dəfə seçki kampaniyasında iştirak edən şəxslərin Rusiya ilə heç bir gizli razılığı olmadığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Asoşeyted Press” informasiya yayıb.

“Tamamilə heç bir razılıq olmayıb”, - ABŞ prezidenti deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn özünü FTB-yə yalan ifadə verməkdə günahkar bildiyini, Donald Trampın əmri əsasında hərəkət etdiyini və hər şeyi düzəltmək üçün istintaqla əməkdaşlıq etməyə hazır olduğunu açıqlamışdı.
Tarix: 2-12-2017, 21:51
Xəbəri paylaş





Xəbər lenti