Ərdoğan Kılıcdaroğlunu saxta sənədlər yaymaqda ittiham etdi

Ərdoğan Kılıcdaroğlunu saxta sənədlər yaymaqda ittiham etdi Kamal Kılıcdaroğlunun Ərdoğanın ailəsinin və bəzi yaxın adamlarının ofşorlara pul keçirmələri haqqındakl ittihamlarına cavab verib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Qarsda etdiyi çıxışda CHP lideri Kamal Kılıçdaroğlunun iddialarına toxunaraq bildirib ki, ortada ölkә xaricinә göndәrilәn pul yoxdur. Xalq bank ilә Al Baraka arasındakı alışverişin sәnәdlәri var. Bunun әlindәki sәnәdlәr dә saxtadır. Әrdoğan Kamal Kılıçdaroğluna İbrahim Tatlısәsin “allahım nәydi günahım” mahnısı ilә sataşıb.


Әrdoğan CHP lideri Kılıçdaroğlunun iddiaları ilә bağlı isә onu deyib ki, sәnәd dediklәri kağızları gördükdәn sonra anladıq ki, birilәri Kılıçdaroğlunu pis şәkildә oyuna gәtirib. Görünәn odur ki, CHP-dә heç vaxt bitmәyәn vә bu gedişlә dә bitmәyәcәyi görülәn insanları qurban vermәk, insanların ayağının altını qazmaq oyununa bu dәfә Kılıçdaroğlu özü qurban gedәcәk.

Mәnim övladlarımın vә yaxınlarımın ölkә xaricinә pul göndәrmәyib. Ölkә xaricindә dә pulları yoxdur. Baş mәslәhәtçim dediyi şәxs dә iş adamıdır. Heç vaxt baş mәslәhәtçim vәzifәsindә işlәmәyib. Araşdırsaydı, bilәrdi.

Noldu, bәs prezidentin yaxınları xaricdәki vergi cәnnәtlәrinә pul göndәrirdi? Mәn artıq bunlara ana müxalifәt yox, ana xәyanәt deyәcәyәm. İddianı ya isbatlayacaqsan, ya da cәzasını çәkәcәksәn. İndi dә suriyalılar üçün xәrclәnәn pulu araşdırır.Mәnә deyir ki, suriyalılara xәrclәnәn pulları isbat et. Sәn kimsәn ki, sәnә isbat edim. Tәzminatdan aldığımız pullarla xanımlarln qalması üçün bina tikәcәyik.”
Tarix: 2-12-2017, 23:13
Xəbəri paylaş





Xəbər lenti