ABŞ və ÇİN hələlik dil tapa bilməyiblər – Ticarət sahəsində

 «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın müşaviri Larri Kudlou bəyan edib ki, ABŞ və Çin hələlik ticarət məsələlərində razılığa gələ bilməyb.
«İndiki vəziyyətə saziş yoxdur… Tərəflər hansısa bir qərara gəlməyiblər» – deyə, Ağ Evdə keçirilən brifinqdə Kudlou bildirib.
O, hesab edir ki, bağlanacaq sazişin sayəsində ABŞ Çinlə nəhəng ticarət defisitini azaltmaq niyyətindədir.
Bundan əvvəl ABŞ Çin mallarına yönəlik mövcud rüsumun həcmini 50 milyard dollar qaldırmaq qərarına gəlib. Qərara görə, yeni rüsumlar 1,3 min adda Çin mallarını əhatə edir.
Bunun qarşılığında Çinin Dövlət Şurası 106 adda ABŞ mallarına 25,0 faizlik rüsum tətbiq etmək barədə qərar çıxardıb.
Tarix: 7-06-2018, 00:24
Xəbəri paylaş





Xəbər lenti