Yeni deputat Vasif Qafarova şok ittiham: "Proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşır"


Ölkədə Vasif Qafarov adlı tarixçinin olduğunu 4 il əvvəl bilmişəm. O vaxt onun Spase TV-də Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdıran manipulyativ çıxışı çoxlarının etirazına səbəb oldu. Solmaz Tohidi, Kərim Şükürov, Firdovsiyyə Əhmədova, Boran Əziz kimi nüfuzlu tarixçilər Qafarovun yalan və iftiralarını tarixi faktlarla ifşa etdilər. O vaxt (2020-ci il) mən də V.Qafarovun alim əxlaqı ilə bir yerə sığmayan bu saxta çıxışına FB-də münasibət bildirmiş və "Ayna" qəzetində tənqidi məqalə yazmışdım... Sonralar məlum oldu ki, V.Qafarov belə davranışlara öyrəncəlidir, o, tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşır.
 
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Qulu Məhərrəmli bildirib.
Lağlağı, düşüklük, bambılılıqla tamaşaçını efirə cəlb etməyin sonsuzluğadək  davam etməsini istəmiriksə, səfərbər olmalıyıq" - Qulu Məhərrəmli Pravda.az
"Budur, həmin sifarişlər indi Vasif Qafarovu parlamentə gətirib çıxarıb. Onun kimi adamların Milli Məclisdə təmsil olunması cəmiyyətə təhqirdir, dəyərlərə hörmətsizlikdir, yalançılığın və saxtakarlığın stimullaşdırılmasıdır. Bunlar barədə hələ 4 il əvvəl tarixçi professor Solmaz xanım Tohidi gözəl yazmışdı…" - o qeyd edib. 
Tarix: Bu gün, 07:37
Xəbəri paylaş





Xəbər lenti