Paşinyan Sarkisyanın cinayətlərinin araşdırılmasını tapşırıb


Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyanın cinayətlərinin araşdırılması barədə göstərişlər verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Paşinyan hökumətin proqramını deputatlara təqdim edərkən 2008-ci ilin 1 mart hadisələrini də xatırladıb.

Baş nazir bildirib ki, hüquq-mühafizə orqanlarına həmin hadisələrin araşdırılıb, cəmiyyətə təqdim olunması barədə tapşırıq verib. Paşinyan bildirib ki, 1 mart hadisələri ilə bağlı ortaya qoyulan araşdırmalar qənaətbəxş hesab edilə bilməz.

Qeyd edək ki, 10 il əvvəl, 2008-ci ilin 1 martında Serj Sərkisyanın prezident kürsüsünü zəbt etməsinə etiraz edən erməni xalqına qarşı silahdan istifadə edilmiş, nəticədə 10 nəfər ölmüş, çoxlu sayda insan isə yaralanmış, həmçinin həbsə alınmışdı. Belə görünür ki, Sərksiyanın kadrlarını vurduqdan sonra Paşinyan onun özünü də həbs etdirməyi hədəfləyib.


Tarix: 7-06-2018, 14:12
Xəbəri paylaş





Xəbər lenti