Cinayət işi Tiflisi bir-birinə vuracaq: Etirazlar başlayır




Ötən il Tiflisdə öldürülmüş yeniyetmə David Saralidzenin atası Zaza Saralidze cinayət işi ilə bağlı aparılan təkrar istintaqdan narazı qaldığı üçün etiraz aksiyasını bərpa etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, Saralidzenin cinayət işi ilə bağlı təqdim etdiyi siyahıda prokurorluğun əməkdaşları da var, ancaq onlar barəsində hər hansı tədbir görülməyib.

“Mən hakimiyyətə iyunun 10-a qədər vaxt verdim. Beləliklə, sabah biz etiraz aksiyası keçirəcəyik, həmçinin siyasi partiyalar da mitinqdə iştirak edəcək”, – Saralidze bildirib.

Qeyd edək ki, həlak olmuş yeniyetmənin atası tərəfindən təşkil edilmiş səs-küylü etiraz aksiyalarından sonra Gürcüstanın Daxili İşlər Nazirliyi işin təkrar araşdırmasına başlayıb.

Tarix: 10-06-2018, 00:35
Xəbəri paylaş





Xəbər lenti