Makron Trampı G7-dən qovmaqla təhdid edib: “Bizim üçün problem yoxdur”


 

Dünən Kanadada “Böyük Yeddilik” ölkələrinin sammiti öz işinə başlayıb. Dünyanın ən böyük iqtisadiyyatına malik yeddi ölkəsindən ibarət olan “G7” qrupunun liderlər zirvəsinə Kanada ev sahibliyi edib.

İki gün davam edən 44-cü G7 liderlər zirvəsi Kanadanın Quebec ştatının Charlevoix qəsəbəsində keçirilib. Əlavə olaraq onu da bildirək ki, Avropa Birliyi də “G7”-də təmsil olunub.

Zirvə toplantısının ilk görüşündə Fransanın prezidenti E.Makron Donald Trampı “G7”-dən qovmaq ilə təhdid edib.

Musavat.com xəbər verir ki, Emmanuel Makron bu hərəkəti ilə zirvə toplantısına damğa vurub. İlk görüşmələr Tramp üçün ürəkaçan olmayıb. Makron ilə yanaşı, digər “G7” üzvləri də bir neçə mövzu ilə bağlı Trampa xəbərdarlıq ediblər.

Zirvə toplantısının detalları barədə mediaya açıqlama verən ABŞ prezidenti Makron ilə aralarındakı gərginliyin normal olduğunu vurğulayıb: “Biz uğurlu bir toplantı  keçirdik. Makron mənim həmkarımdır. Bundan əlavə bizim dostluq münasibətlərimiz də var”.

Lakin Emmanuel Makron zirvə toplantısında Trampdan İran ilə nüvə razılaşmasından geri çəkilməməsini, ABŞ-ın polad və alüminium üçün rüsumların azaldılmasını tələb edib.

Makron buna görə D.Trampı məcbur etməyəcəyini və onun aldığı qərarlara görə heç bir məsuliyyət daşımayacağını bəyan edib: “Avropa ABŞ-ın çıxışlarına məhkum olmamalıdır. Bəlkə də bu gün ABŞ prezidenti üçün beynəlxalq arenada tək qalmaq bir problem deyil. Bizim üçün də 6 nəfər olaraq davam etmək problem deyil”.

President Donald Trump steps off Air Force One as he arrives for the G7 Summit, Friday, June 8, 2018, in Canadian Forces Base Bagotville, Canada. Photo: Evan Vucci, AP / Copyright 2018 The Associated Press. All rights reserved.

Onu da qeyd edək ki, Tramp "G7" zirvə toplantısını vaxtından əvvəl tərk edib. O, iyunun 12-də KXDR-ın lideri Kim Çen Inla görüşəcək.

D.Trampın təyyarəsi bu gün saat 20.35-də (Bakı vaxtı ilə 16.35-də) Sinqapura enəcək.

Turan Oruc,
Musavat.com

U.S. President Donald Trump shakes hands with Canadian Prime Minister Justin Trudeau during a meeting at the G-7 summit, Friday, June 8, 2018, in Charlevoix, Canada. Photo: Evan Vucci, AP / Copyright 2018 The Associated Press. All rights reserved.

From left, British Prime Minister Theresa May, German Chancellor Angela Merkel, U.S. President Donald Trump, Canadian Prime Minister Justin Trudeau, French President Emmanuel Macron, Japanese Prime Minister Shinzo Abe gather for the family photo at the G-7 summit, Friday, June 8, 2018, in Charlevoix, Canada. Photo: Evan Vucci, AP / Copyright 2018 The Associated Press. All rights reserved.

President Donald Trump is greeted by Canadian Prime Minister Justin Trudeau and his wife Sophie Gregoire Trudeau, during the G7 Summit, Friday, June 8, 2018, in Charlevoix, Canada. Photo: Evan Vucci, AP / Copyright 2018 The Associated Press. All rights reserved.


Tarix: 10-06-2018, 14:45
Xəbəri paylaş





Xəbər lenti