Torpaqlar işğaldan 15 il sonra azad ediləcək – General dəhşətli SƏBƏBİ AÇIQLADI


Torpaqlar işğaldan 15 il sonra azad ediləcək – General dəhşətli SƏBƏBİ AÇIQLADI

“Yaxın perspektivdə Donbas və Krımın Ukraynaya qayıdışı təsəvvür edilmir”.

Publika.az xəbər verir ki, bu proqnozla “ObozTV”nin efirində Ukraynanın Baş İstintaq İdarəsinin keçmiş rəhbəri, general-mayor Vasiliy Vovk çıxış edib.

Onun sözlərinə görə, yerli sakinlərin Rusiyayönlü əhval-ruhiyyəsi vəziyyəti ağırlaşdırır. General qeyd edib ki, Donbas sakinlərinin böyük əksəriyyəti Ukraynanın tərkibinə qayıtmaq istəmirlər, çoxları Rusiya pasportlarını alıblar.

“Yaxın vaxtlarda ərazilərimizin azad edilməsi imkanlarını görmürük. Ən yaxın vaxt 5, 10, yaxud da 15 ildir. İnsanlar “xorvat ssenarisi”ndən danışırlar, amma bizdə vəziyyət tamamilə başqadır. Bir tərəfimizdə Rusiya, başqa tərəfdə Avropa İttifaqı var. Həqiqəti danışmaq lazımdır, “Donbasın 99 faizi sabah Ukraynaya qayıtmağa hazırdır” deməklə insanları güldürməyək. Biz real vəziyyəti bilirik”, - o, əlavə edib.

Hərbçinin sözlərinə görə, Krımda Ukraynaya nifrət edirlər:

“Onlar yalnız Ukraynaya gəlmək, xarici pasport almaq və vizasız xaricə uçmaq üçün Ukrayna pasportları saxlayırlar”.

Daha əvvəl ehtiyatda olan general İqor Romanenko bildirib ki, Ukrayna 3-5 il ərzində Donetsk və Luqansk vilayətlərinin işğal edilmiş ərazilər üzrə problemini həll edə bilər.

Ömər Dağlı

Tarix: 10-06-2018, 22:04
Xəbəri paylaş





Xəbər lenti