Diktatorun mühafizəçiləri barədə İNANILMAZ SİRRLƏR AÇIQLANDI - Şimali Koreya lideri necə mühafizə olunur? / VİDEO

 Son günlər xarici ölkə prezidentləri ilə görüşmək üçün tez-tez ictimaiyyət qarşısına çıxan Şimali Koreya lideri Kim Çen In mühafizəçiləri davranışlarına görə diqqət mərkəzinə düşüb.
Metbuat.az-ın məlumatına görə, mühafizəçilərin Kim Çen Inın ətrafında sanki ətdən divar hörməsi müzakirə mövzusuna çevrilib. Şimali Koreyalı mütəxəssis Mişel Madden onların sirlərini açıqlayıb. Bildirilir ki, ölkə liderinin mühafizəsini 200-300 nəfərdən ibarət xüsusi dəstə təşkil edir. Mühafizəçilərin keçmişi dərin şəkildə araşdırıldıqdan sonra işə götürülür.
Ardınca isə onlar ağır testlərdən keçirilir. Müxtəlif döyüş bacarıqları olan mühafizəçilər, adətən yüksək rütbəli dövlət işçilərinin ailələrindən seçilir. Maraqlıdır ki, yalnız mühafizəçilərə Kim Çen Inın yanında silahla gəzməyə icazə verilir.
Xüsusi dəstədə həkimlər, texniki işçilər də var. Bütün işçilərin görmə qabiliyyəti yaxşı səviyyədə olmalıdır. Mühafizəçilər hamısı eyni boyda olmalıdır.
Tarix: 12-06-2018, 22:56
Xəbəri paylaş





Xəbər lenti