ABŞ-Şimali Koreya anlaşması: Kim nüvə silahından vaz keçəcəkmi...


Xəbər verildiyi kimi, Sinqapurda ABŞ və Şimali Koreya prezidentləri arasında sammit baş tutub. İki ölkə lideri Koreya yarımadasının nüvə silahından təmizlənməsi və Pxenyana təhlükəsizlik təminatının verilməsi məsələsində razılığa gəliblər.

Lakin adada yarım əsrdən çoxdur ki, hökm sürən münaqişənin bircə görüşlə həll olunacağını heç ən optimist analitiklər belə, söyləmir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın nüvə proqramının nizamlanması üzrə danışıqlar mövzusu “Nüvə fəlakətlərinin qarşısının alınması üzrə Beynəlxalq Lüksemburq forumu”nun Cenevrədə keçirilən konfransında da ələ alınıb.

Forumda iştirak edən ekspertlərin ümumi rəyinə əsasən görüş barədə hansısa konkret nəticəyə gəlmək hələ tezdir. Ona görə ki, imzalanan sənədlərdə Pxenyanın öz nüvə arsenalından vaz keçməsi barədə dəqiq müddəa və ya hansısa müddətə rast gəlinmir.

ÐаÑÑинки по запÑоÑÑ trump kim jong un signs

Brukinqs institutunun aparıcı mütəxəssisi, ABŞ dövlət katibinin keçmiş müavini (Bill Klinton zamanında) Stiven Payfer bu görüşü Kim Çen In üçün daha çox uğurlu hesab edir: “Hər halda o, ABŞ prezidenti ilə görüşmək fürsəti əldə etdi. Bundan başqa Kim Çen In Vaşinqtonun Cənubi Koreyada hərbi təlimlər keçirməkdən imtinasına nail ola bilib”.

Bununla bərabər Stiven Payfer hələ qabağa qaçmağın erkən olduğunu qeyd edib: “Kim Çen In sözdə nüvəsizləşdirmə istiqamətində işə başlayacağını bildirib. Lakin əsas məsələ bu yöndə hansı real addımların atılacağı ilə bağlıdır. Şəxsən mən həmin addımların atılacağına o qədər də əmin deyiləm”.

ÐаÑÑинки по запÑоÑÑ ÑÑивен пайÑеÑ

Stiven Payfer

ABŞ-ın keçmiş müdafiə naziri Uilyam Perri isə görüşün olduqca əhəmiyyətli olduğunu dilə gətirib. Onun fikrincə, bu görüş Koreya yarımadasında potensial hərbi münaqişənin taleyini həll edə bilər.

Pentqaonun keçmiş rəhbərinin proqnozuna əsasən, əgər dünyanın bu hissəsində müharibə başlasa, 10 milyondan çox insanın həlak olacağı şübhəsizdir: “Ən böyük zərbə Tokio və Seula dəyəcək, biz hələ heç Şimali Koreyadakı tələfatlardan danışmırıq. Bundan başqa işin Çin tərəfi də var”.

Perrinin fikrincə, KXDR-in nüvə silahını yaratmasında əsas məqsədi hakim rejimi qoruyub, saxlamaqdan ibarət olub. İkincisi, görünənlərin əksinə, Şimali Koreya Qərblə normal münasibətlərin inkişaf etdirilməsində maraqldır.

ÐаÑÑинки по запÑоÑÑ ÑилÑÑм пеÑÑи

Uilyam Perri

“Anlamaq lazımdır ki, KXDR rəhbərliyi iqtisadi stimullara olduqca dəyər verir. Lakin onlar öz ideyalarını və niyyətlərini iqtisadi üstünlüklər üçün satacaq adam deyillər ”, - deyə Uilyam Perri əlavə edib.

Ekspertin fikrincə, KXDR öz təhlükəsizliyi ilə bağlı tam əminlik qazanmasa, nüvə silahından vaz keçən deyil. Bu səbəbdən də Koreya yarımadasının nüvəsizləşdirilməsini hadisə kimi deyil, bir proses olaraq qəbul etmək lazımdır.

Musavat.com

Tarix: 13-06-2018, 17:46
Xəbəri paylaş





Xəbər lenti