Paşinyan hökumətindən səs-küylü qərar –"Sasna Tsrer" terror təşkilatının üzvləri azadlığa buraxıldı



Ermənistanda “Sasna Tsrer” terror təşkilatının “xaç atası”, mənəvi lideri Jirayr Səfilyan həbsdən azad edilib. Bu gün keçirilən məhkəmə prosesinin nəticəsində daha öncəki hökm dəyişdirilib və Səfilyanla yanaşı, təşkilatın digər üzvləri – Gevorq Safaryan, Nerses Poğosyan, Qalust Qrigoryan, Hrayr Topçyan, Sasunik Kirakosyan, Hovhannes Petrosyan da azadlığa buraxılıblar.

Xatırladaq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri üzrə Departamentinin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk Yerevanda Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı Ermənistana siyasi məhbusların siyahısını təqdim etmişdi. Siyahıda “Sasna Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı olub. Digərləri isə terrorçu qruplaşma üzvü sayıldığı üçün siyahıya salınmayıblar.

Qeyd edək ki, “Sasna tsrer” qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eğiazaryan da olub.

Tarix: 13-06-2018, 20:39
Xəbəri paylaş





Xəbər lenti