Husilər hücum etdi - BƏƏ-nin hərbçiləri öldürüldü


Husilər Yəmənin Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinə hücum ediblər.

BakuPost "Al Jazeera"yə istinadən xəbər verir ki, hücum zamanı Birləşmiş Ərəb Əmirliklərinin 4 hərbçisi öldürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya çərşənbə günü Yəmənin liman şəhərinə hücuma başlayıb. Əməliyyatın keçirilməsində məqsəd şəhərin husilərdən azad edilməsidir.
Tarix: 14-06-2018, 01:04
Xəbəri paylaş





Xəbər lenti