Rəsmi Vaşinqtonun ağır tələbləri çox gecikmədi — Kim Çenə 47 bəndlik SİYAHI VERİLDİ


Rəsmi Vaşinqtonun ağır tələbləri çox gecikmədi


Rəsmi Vaşinqtonun Şimali Koreyaya qarşı ağır tələbləri özünü çox gözlətməyib.

“Ölkə.Az” xəbər verir ki, Vaşinqton KXDR rəhbəri Kim Çen İnə tam nüvəsizləşdirmə ilə bağlı 47 bəndlik siyahı təqdim edib. 

Məlumat KXDR-ABŞ danışıqlarını yaxından izləyən Yaponiyanın Xarici İşlər Nazirliyinə təqdim edilib. 

Şimali Koreya rəhbərliyindən şərtsiz və dərhal silahsızlanma, raketlərin, nüvə, kimyəvi və bioloji silahların aradan qaldırılması tələb edilir. Əks halda sanksiyalar götürülməyəcək.



Tarix: 17-06-2018, 15:51
Xəbəri paylaş





Xəbər lenti