Avropa qanunsuz miqrantlara SİPƏR ÇƏKİR - Baş nazir AÇIQLADI


Avropa qanunsuz miqrantlara SİPƏR ÇƏKİR - Baş nazir AÇIQLADI

“Qanunsuz miqrantlarla mübarizə məqsədilə Avropa Birliyi sərhədlərindən kənarda mərkəzlər yaradılmalıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avstriyanın baş naziri Sebastian Kruz bəyanat verib.

Ölkəsində yeddi məscidin bağlanması ilə bağlı qərarı ilə tənqid hədəfində olan baş nazir miqrantlarla bağlı açıqlaması ilə yenidən gündəmə gəlib.

S.Kruz iyul ayında Avropa Birliyi Komissiyasına bir müddət rəhbərlik edəcək Avstriya üçün əsas prioritet məsələnin qanunsuz miqrantlarla bağlı olacağını deyib.

Baş nazir Avropa Birliyi sərhədləri daxilində qanunsuz miqrantların hərəkətinin qarşısını almaq üçün sərhəddən kənarda nəzarətin gücləndirilməli olduğunu deyib.

“Qanunsuz yolla Avropa Birliyi sərhədlərinə daxil olmaq istəyənlərin qarşısı sərhəddə alınmalı, onlar geri qaytarılmalıdır. Bu məsələ Avropa Sərhəddində mümkün deyilsə, Avropadan kənarda təhlükəsizlik mərkəziləri yaradılmalıdır”-deyə, S.Kruz əlavə edib.

Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələri rəhbərləri qanunsuz miqrantlarla bağlı kəskin bəyanatlar səsləndirir. İtaliya baş naziri Konte də Fransa prezidenti Makron ilə görüşdükdən sonra miqrantların gəldikləri ölkələrə qarşı tədbirləri gücləndirməyin vacib olduğu bəyanatını vermişdi.

Tarix: 17-06-2018, 16:24
Xəbəri paylaş





Xəbər lenti