Stalin, Beriya və Brejnevi “qeyri-adi güclər” qoruyub: SİRR İLLƏR SONRA AÇILDI


Ekstrasens, illuziyaçı, xiler, medium- bunlar uzun zaman gündəmdən düşməyən mövzular olub. Bəziləri onların qeyri-adi bacarıqlarına inanıb, bəziləri isə onları fırıldaqçı hesab edib. Amma bütün müzakirələrə baxmayaraq, seansları maraqla izlənilib. 

Cebhe.info onlardan bir neçəsi barədə maraqlı məlumatları təqdim edir.

1. İlluziyaçı Volf Messinq insanların fikrini oxumasıyla öyünürdü. O, əvvəllər sirkdə çıxış edirdi, sonra  fərdi qaydada fəaliyyətə başladı. Ölkələri gəzərək nömrələrini göstərirdi. Telepat və medium hesab olunurdu.

İkinci Dünya Müharibəsindən sonra fizioloq Dmitri Bryukov onun seanslarından birini izləyir. Daha sonra onu öz institutuna dəvət edir. Dərhal da aydın olur ki, mediumun heç bir üstün bacarığı yoxdur. Onun fokusları mnemotexnika və ideomotorika üzərində qurulub. 

İdeomotorika vasitəsilə o, insanların fikirlərini üzlərindən "oxuyurdu". Təbii idi, insan həyəcanlananda onun düşüncəsini sifət cizgilərindən oxumaq əslində mümkündür. Daha sonra Messinq özü də bu "sirri" müsahibələrinin birində açdı.

Ancaq onun məşhurluğu daha çox KQB, Stalin, Beriya və kəşfiyyatla əlaqələri barədə söhbətlərdən yaranırdı. 

2. 1950-ci illərin sonunda Filippindən olan bir nəfər barədə bütün mətbuat yazırdı. Deyirdilər ki, o, boş əllə əməliyyat edir, heç bir alətdən istifadə etmir. Belələrini “psixiki cərrahlar", xilerlər adlandırırdılar. Onların barmaqlarını dəridə gəzdirdiyi və beləliklə məsələn,  böyrək daşlarını tökdüyü bildirilirdi. Hətta "əməliyyat" zamanı qan görünsə də, sonradan heç bir iz qalmırdı. 

Filippində də belə bir nəfər peyda olmuşdu. Rusiyalı onkoloq Mixail Qerçanov 1978-ci ildə Filippinə gedəndə onunla görüşmək istədiyini bildirdi. Onkoloq gözaltı torbalardan xilas olmaq istəyirdi. "Cərrah" uzun müddət onun üzərində işlədi, ancaq heç nəyə nail olmadı. Beləliklə məlum oldu ki, xilerlər adlandırılan bu şəxslərdə heç bir bacarıq və xüsusi istedad yoxdur. 1991-ci ildə xilerlərin tryuklarının sirrini Argentina televiziyasında fokus ustası Enrike Markes açdı. O, dəsmalın arasında qoyduğu qırmızı rənglə dolu kiçik şariki cəld hərəkətlə pasiyentin ağrıyan yerinə sürtdü və gözdən itirdi. Beləlikə də əməliyyat görüntüsü yaradıldı və xilerlərin məşhurluğuna son qoyuldu.

3. 80-cı illərdə məhur olan “Cuna” ləqəbli Yevgeniya Davitaşvilinin də sirri çözüldü. O, 80-cı illərdə o qədər məşhur idi ki, hər kəsin dilində dolaşırdı. İddia edirdi ki, əli ilə ağrıyan yerlərə toxunmaqla xəstəliyi yox edir. 1989-cu ildə hətta qeyri-ənənəvi  kontakstsız massaj üzrə müəlliflik hüququnu da almağa nail oldu. Hətta deyirdilər ki, o, zamanında Leonid Brejnevi də müalicə edib. Sonralar Cunanı Rusiya Radiotexnika və Elektronika İnstitunda öyrəndilər. Onu hətta böyük elmi işçi kimi ştata da götürmüşdülər, ona maaş verilirdi.

İllər sonra akademik Qulyayev öz müsahibələrindən birində bildirdi ki, Davitaşvili əllərinin temperaturunu dəyimək bacarığına malik idi və əslində autotreninqdən sonra çoxları bunu edə bilər. Cuna isə çoxlu məşq nəticəsində əlləri ilə insan orqanizminin ən “qaynar nöqtələrini” hiss edə bilirdi. Məhz bu “qaynar nöqtələr” insanın sağlam olmayan orqanından xəbər verir. Başqa sözlə, Cunanın qeyri-adi heç bir bacarığı yox imiş, nahaq yerə dövlətdən maaş alırmış.

Xəzər

Tarix: 17-06-2018, 21:46
Xəbəri paylaş





Xəbər lenti