İsveçin Malmö şəhərindəki atışmada ölənlərin sayı artıb- YENİLƏNİB


İsveçin cənubundakı Malmö şəhərində baş verən atışmada yaralananlardan biri ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin polisi məlumat yayıb.

"Yaralananlardan biri – 18 yaşlı kişi xəstəxanada ölüb", - deyə mətbuat üçün açıqlamada bildirilir.

Hadisə yerli vaxtla saat 20:13-də baş verib. Xəstəxanaya 5 yaralı gətirilib. Atışmanın səbəbi hələ məlum deyil. Polis yaralıların şəxsiyyətini müəyyənləşdirir.

Hələlik hadisə ilə bağlı saxlanılanıların olması haqda xəbər yoxdur.

"Sydsvenskan" qəzetinin xəbərinə görə, hadisə şəhərin mərkəzində baş verib.

***

İsveçin Malmö şəhərində baş verən atışmada ölənlərin sayı 2 nəfərə çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polisin press-relizində deyilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma zamanı yaralanmış daha 1 nəfər – 29 yaşlı kişi xəstəxanada ölüb. Daha əvvəl xəstəxanada 18 yaşlı yaralının öldüyü bildirilirdi.

Qeyd edək ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisəyə terror aktı kimi baxılır.

Tarix: 19-06-2018, 08:37
Xəbəri paylaş





Xəbər lenti