ABŞ-dan şok Türkiyə qərarı: "Dayandırılsın!" - Son dəqiqə



ABŞ Senatı Türkiyəyə silah satışını məhdudlaşdıran qanun layihəsini 10 nəfər əleyhinə, 85 nəfər lehinə olmaqla qəbul edib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun illik büdcəsini müəyyənləşdirən layihənin Türkiyə ilə bağlı bölməsində rəsmi Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri alması və Türkiyədə həbs olunan rahib Andrey Brunsonun azad edilməməsi əsas gətirilib. Bu səbəbdən iki ölkə arasında gərginlik yarandığı iddia olunub.

Eyni zamanda Rusiyadan S-400 alınmasının ABŞ-la Türkiyə arasında silah alış-verişinə və NATO-dakı əməkdaşlığa mənfi təsir göstərəcəyi vurğulanıb.

Beləliklə, layihəyə görə, F-35 qırıcısı, Patriot hava müdafiə sistemləri, Chinook helikopteri, AH-1 tipli Kobra, H-60 Black Hawk helikopterləri və F-16 hərbi təyyarələrinin Türkiyəyə satılmasına qadağa qoyulur.

Layihədə 60 gün ərzində Müdafiə nazirinin Dövlət Departamentinə məruzə etməsi, Konqresin Türkiyə və ABŞ münasibətləri ilə bağlı komitələrinə məlumat verilməsi tapşırılıb.

Tarix: 19-06-2018, 10:15
Xəbəri paylaş





Xəbər lenti