Ağ Evin mətbuat katibi restorandan qovuldu


Ağ Evin mətbuat katibi Sara Sandersi ABŞ prezidenti Donald Trampla birlikdə işlədiyinə görə restorandan qovublar. Bu barədə o, özünün "Twitter" mikrobloqunda yazıb.

Sara Sanders qeyd edib ki, Leksinqtondakı restoranlardan biri ABŞ lideri Trampa işlədiyinə görə ona xidmət göstərməkdən imtina edib.

"Dünən Virciniya ştatının Leksinqton şəhərindəki "Red Hen"un rəhbəri ABŞ prezidentinə işlədiyimə görə məndən restoranı tərk etməyimi xahiş etdi. Bu hərəkət məndən daha çox onun barədə danışır (təsəvvür yaradır - red)", - deyə Sanders "Twitter"də yazıb. 

Tarix: 24-06-2018, 09:25
Xəbəri paylaş





Xəbər lenti