Avropa İttifaqının (Aİ) ən bahalı ölkəsi Danimarka hesab olunub.
Bu barədə Aİ ölkələrinin yaşayış xərcləri ilə bağlı alman alimlərinin keçirdiyi sorğuda açıqlanıb.
Belə ki, Danimarkada qiymət səviyyəsi Mərkəzi Avropadan 41,5% artıqdır. Bunu ölkəyə gələn qonaqlar da hiss edir.
Həmçinin Aİ-nin bahalı ölkələr siyashısına Lüksemburq (qiymət səviyyəsi Aİ ortalamasının 27%-dən çox təşkil edir), İsveç (25), İrlandiya (25) və Finlandiya (22) aiddir. Həmçinin Almaniya, Hollandiya, Belçika, Fransa və Avstriya da bahalı ölkələr hesab olunur.
Qeyd etmək lazımdır ki, Aİ-nin ən ucuz ölkəsi Bolqarıstandır. Burada istehlakçı müəyyən məhsul və xidmətlərə Avropa səviyyəsindən də aşağı ödəniş edir.(oxu.az)