Ermənistan ordusunun zabiti 45 yaşlı hərbçini öldürdüyü üçün həbs edilib

 Ermənistan ordusunun 45 yaşlı müqavilə əsasında xidmət edən hərbçi Ovanes Melkonyanın ölümündə təqsirli bilinən bölük komandirinin müavini həbs edilib.
“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
Bildirilib ki, adı açıqlanmayan komandir müavini iyunun 22-də müqavilə əsasında xidmət edən başqa bir hərbçini avtomat silahı ilə döyüş postunda Melkonyana atəş açaraq yaralayıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Tarix: 26-06-2018, 09:56
Xəbəri paylaş





Xəbər lenti