“Hər ay Rusiyaya görə yarım milyard itiririk”




Almaniya hər ay antirusiya sanksiyaları ucbatından 618 milyon avro itirir.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Almaniya üçün Alternativ Partiyasından olan deputat Markus Fronmyer deyib.

Onun sözlərinə görə, Rusiya qarşı tətbiq edilən sanksiyalardan ən çox Almaniya əziyyət çəkir:

“Avropa Birliyinə dəyən ziyanın 40%-i Berlinin payına düşür. Rusiyaya qarşı sanksiyalar Almaniyanın milli maraqlarına ziddir. Hər ay sanksiyalara görə 618 milyon avro itirir. Bunu ərazi statusu heç vaxt dəyişməyəcək Krım yarımadasına görəmi etməliyik?”

Tarix: 26-06-2018, 21:49
Xəbəri paylaş





Xəbər lenti