Ermənistanda rus hərbi qulluqçusu öldü

                 Bu gün səhər Ermənistanın Gümrü şəhərində avtomobil qəzası nəticəsində bir nəfər Rusiya vətəndaşı həlak olub.

Sfera.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib. "Nissan X Trail” sükanında oturan Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Vladislav Kulakov yük maşınına çırpılaraq qəza yerindəcə ölüb.


Ölən şəxsin sonradan Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazasının hərbi qulluqçusu olduğu məlum olub.
Tarix: 26-06-2018, 23:26
Xəbəri paylaş





Xəbər lenti