Ərdoğanı hakimiyyətə Kılıçdaroğlu gətirdi – Şok iddia

 


 


   
Türkiyədəki son seçkidə Ərdoğana ən böyük dəstəyi Kılıçdaroğlu göstərib.
Axar.az xəbər verir ki, bunu “Yeni mesaj” qəzetinə açıqlamasında Müstəqil Türkiyə Partiyasının sədr müavini Səlim Kotil deyib.
“Bu seçkidən sonra ilk getməli olan siyasi fiqur Kılıçdaroğludur. Artıq o, siyasi meyitdir. Əgər CHP əsl “millət ittifaqı”nı qursaydı, bu gün 50%-i keçmişdi. Bunu hər kəs istədi, bircə Kılıçdaroğlu istəmədi. Belə bir addımı nəyə görə atdığını, nə mənfəəti olacağını görəcəyik. Kılıçdaroğlu AKP-yə çox gözəl xidmət etdi. AKP-nin yerinə olsaydım, bu adamı mükafatlandırardım”, – deyə o bildirib.
Tarix: 27-06-2018, 16:23
Xəbəri paylaş





Xəbər lenti