İspaniyada "erməni mafyası"nın 142 üzvü həbs edildi


İspaniyada "erməni mafiyası"na qarşı xüsusi əməliyyat keçirilib. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, iyunun 26-da səhərə yaxın həyata keçirilən xüsusi əməliyyat nəticəsində 142 nəfər həbs edilib. Həbs edilən şəxslər İspaniyada fəaliyyət göstərən müxtəlif qruplaşmaların üzvləridir. Həbs olunmuş qruplaşma üzvləri İspaniyanın Valensiya və Alikante şəhərinində fəaliyyət göstərirlər. Məlumatda qeyd olunur ki, kriminal qruplaşmaya qarşı həyata keçirilən xüsusi əməliyyatda 1000 polis əməkdaşı iştirak edib.

İlkin araşdırmalara əsasən polisin verdiyi açıqlamada həbs edilənlər arasında “qanuni oğru” olan 35 yaşlı Erik Caqanyan və Gürcüstan vətəndaşı Artak Ohanyanın adlarının olduğu da bildirilir. Polisin məlumatına görə, Caqanyanla bərabər, onun şəxsi mühafizəçisi və həyat yoldaşı da həbs edilib.

Tarix: 27-06-2018, 21:57
Xəbəri paylaş





Xəbər lenti