Tehranda kütləvi həbslər başladı


İran paytaxtının Böyük bazarındakı iğtişaşlara görə bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Tehranın baş prokuroru Abbas Cəfəri Dolatabadi deyib.

Prokuror araşdırmalar aparılanadək saxlanılanların həbsdə qalacağını bildirib.

Onlara qarşı hansı ittihamların irəli sürüləcəyi açıqlanmayıb.

Xatırladaq ki, Böyük bazardakı iğtişaşda nümayişçilərin öz mülklərini dağıtdığı açıqlanmışdı. Ancaq sonradan yayımlanan videoda mülklərin polislər tərəfindən məhv edildiyi məlum olmuşdu.

Tarix: 27-06-2018, 23:00
Xəbəri paylaş





Xəbər lenti