Sarkisyan Paşinyana qarşı hərəkətə keçdi - bütün şirkətlərinin fəaliyyətini dayandırdı


Ermənistanın Lori vilayətində fəaliyyət göstərən Teğut şirkəti iyun ayının 24-də mədən fəaliyyətini dayandırması barədə bəyanat yayıb.

Avropa.info xəbər verir ki, Mis-molibden mədəni olan Teğut yatağında işləyən ətraf Şnoğ vəTeğut kəndlərinin bir qrup sakinləri artıq 10 gündürki etiraz aksiyalarına başlayıblar.

Erməni mətbuatının yazdığına görə, kənd sakinləri bildiriblər ki, mədəndə işlərin dayanması Ermənistan hakimiyyətinə qarşı narazılıq yaratmaq üçün Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın tapşırığı ilə həyata keçirilib. Kənd sakini Lyova Əmirxanyan keçmiş prezident Sarkisyanın qanunsuz olaraq torpaq ələ keçirməsindən danışıb: “Şirkət 2014-cü ildə kəndin torpaqlarını ucuz qiymətə alarkən etiraz edənləri Serj Sarkisyana qarşı getdikləri üçün təhdid edirdilər. Fəaliyyəti dayanmış mədəndə çalışan 1200 nəfərə qədər işçı borc içindədirlər və haqlarını hökumətdən tələb edirlər.”

Hazırda Ermənistanın yeni hakimiyyəti Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Serj Sarkisyan və yaxın ətrafına məxsus faydalı qazıntılarla zəngin olan yataqların fəaliyyətinin araşdırılması barədə tapşırıq verib. Bu qərara etiraz olaraq S. Sarkisyana məxsus mədən şirkətləri kütləvi ixtisarlar və mədənlərin fəaliyyətini dayandırmaqla erməni xalqını hakimiyyətə qarşı qaldırırlar.

Qeyd edək ki, “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələri, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb, işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilan rayonu ərazisindəki Vejnəli, Tərtər rayonu ərazisindəki Dəmirli və digər əlvan metal yataqlarından külli miqdarda qızıl və digər əlvan metalların hasilatını aparmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilib.

Araşdırmalar zamanı “Azərkosmos” ASC-nin “Azersky” peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilib.

Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.

Tarix: 29-06-2018, 14:08
Xəbəri paylaş





Xəbər lenti