ABŞ nüvə müharibəsinə hazırlaşır? - Radio həvəskarlarının yaxaladığı ŞOK ƏMR

Amerikanın radio həvəskarları istilik-nüvə raketlərinin işə salınması haqqında ABŞ komandanlığının əmrini yaxalayıblar.
Milli.Az xəbər verir ki, bu haqda "The Drive" nəşri yazıb.
İyunun 27-də yaxalanan siqnal "B-52 Stratofortress" qitələrarası strateji bombardmançı-raket daşıyıcısına ünvanlanmışdı. Qeyd edilir ki, belə əmrlər nüvə silahının tətbiqi ilə planlaşdırılmış genişmiqyaslı zərbə çərçivəsində verilir. Belə siqnalların alınması halında Amerika hərbçiləri istilik-nüvə döyüş başlıqları ilə təchiz edilmiş 20 qanadlı raketi hədəfə buraxmalıdır.
Ancaq əslində məlum olub ki, siqnal təlimlər çərçivəsində verilmişdi. Təlimlərdə "B-52 Stratofortress" və "B-2 Spirit" bombardmançıları, həmçinin "E-6 Mercury" idarə və rabitə təyyarəsi iştirak edirdi.
"The Drive" nəşri istisna etmir ki, Vaşinqton belə təlimlərlə öz gücünü və bombardmançıların istilik-nüvə döyüş başlıqlarını istənilən nöqtəyə çatdırmaq qabiliyyətini göstərmək istəyir. (publika.az)
Tarix: 29-06-2018, 23:48
Xəbəri paylaş





Xəbər lenti