Erməni mafiyası Yerevanla Madridi bir-birinə vurdu




Ermənistanın İspaniyadakı səfirliyi İspaniya Xarici İşlər Nazirliyinin erməni mafiyası barədə yaydığı xəbərə etiraz edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfirlik erməni mafiyası ifadəsinin işlədilməsinə qarşı çıxıb.

 

“Biz vətəndaşlarımızla bağlı məsələləri diqqətdə saxlayırıq. Keçən həftə İspaniya hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyatlar nəticəsində 100-dən çox insan həbs edilib. Onların içərisində Ermənistan vətəndaşları və erməni əsilli şəxslər var. İspaniya Xarici İşlər Nazirliyi sonradan mətbuatda geniş istifadə olunmuş “erməni mafiyası” ifadəsini işlədib” – səfirliyin bəyanatında bildirilir.

 

Səfirlik bu cür ifadələrin Ermənistanın və vətəndaşlarının reputasiyasına zərər verdiyini bəyan edib.

Qeyd edək ki, Kataloniyanın hüquq mühafizə orqanları “Tvitter” hesabında erməni mafiyasına qarşı əməliyyat tədbirlərinin həyata keçirilmişi barədə məlumat verib. Madrid Barselona, Valensiya kimi böyük şəhərlərdə keçirlimiş əməliyyatlar nəticəsində böyük əksəriyyəti erməni əsilli olan 100-dən çox insan həbs edilib. Erməni mafiyasının İspaniya kimi dünyanın müxtəlif ölkələrində insan alveri, orqan satışı, adam qaçırma və narkotik satışı kimi pis işlərlə məşğul olması barədə dəfələrlə xəbərlər yayılıb. Onların əsas fəaliyyət sahələrinı etiraz edən qanuni oğruları da suiqəsdlər vasitəsi ilə aradan götürdükləri də yayılmış xəbərlər arasındadır.

 

Əvəz ZEYNALOV

Tarix: 30-06-2018, 14:34
Xəbəri paylaş





Xəbər lenti