Merkelə qarşı savaş: Avropa niyə parçalanır?


Almaniya kansleri Angela Merkel artıq Avropa üçün xilaskar deyil.

Axar.az xəbər verir ki, bu iddia ilə “Politiko” qəzeti çıxış edib.

“Merkel miqrant böhranına verdiyi reaksiya sayəsində dünyada müasir Janna d`Ark reputasiyası qazandı. Əslində isə Merkel özünün miqrasiya siyasəti ilə davamlı şəkildə Avropa Birliyini dağıdır və bu mənada yaranan parçalanmalara diqqət etmir.

Bir müddət öncə Almaniyanın ARD televiziyasının müxbiri Malte Piper Merkelə 13 il hakimiyyətdə olduğunu və bunun sayəsində AB-də parçalanmaların yaşandığı ilə bağlı müraciət etdi. Müraciətdə Piper Merkeli istefaya səslədi. Bu bəyanat Berlində böyük səs-küyə səbəb oldu. Berlindəki siyasi elita Almaniyanın demokratik institutlarının Avropanı saxlamaq üçün kifayət qədər güclü olmamasından və bunu yalnız Merkelin edəcəyindən qorxur. Elita hər bir halda kansleri dəstəkləyir. Böyük ehtimalla Merkel daxili toqquşmalardan qalib çıxacaq. Heç kim istəmir ki, sonra Avropanın dağılmasında günahlandırılsın. Lakin Avropadakı qaçqın problemi dərin parçalanmalar yaradıb. Almaniya artıq bu dəfə kömək təklif etmək yerinə, Avropadan kömək istədi və rədd cavabı aldı.

Merkelin miqrasiya siyasəti ona qarşı Berlinin Avropadakı tərəfdaşları ilə bərabər, həm də öz koalisiyasının böyük hissəsini qoyub. Almaniya uğursuz şəkildə qaçqın axınlarını həll etməyə çalışanda hər kəsin xoşuna gələn kansler fikir ayrılığı yaradan siyasi fiqura çevrildi. Merkel Brüsseldəki döyüşü udsa belə, onun qaçqın siyasəti ucbatından başlayan müharibə bitməyəcək”, – deyə məqalədə qeyd edilib.

Cebhe.info

Tarix: 1-07-2018, 00:04
Xəbəri paylaş





Xəbər lenti