Rusiyanın Suriyadakı aviabazasına PUA-larla hücum cəhdi olub


İyunun 30-da gecə saatlarında Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına kiçik həcmli pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi hərbi bazanın nümayəndəsinə istinadən məlumat yayıb.

Gecə saatlarında hərbi bazadakı aerodromdan şimal-şərq istiqamətdə mənşəyi məlum olmayan PUA-lardan ibarət qrup aşkar olunub və onların hamısı məhv edilib. Hücum cəhdi zamanı aviabazaya hər hansı ziyan dəyməyib.

Tarix: 1-07-2018, 15:30
Xəbəri paylaş





Xəbər lenti