"Ziyafətin" pulunu kim ödəyəcək: həftədə 200 təyyarə reysi zarafat deyil


Şoyqu Qazaxstana daşınmalarda 80 təyyarənin iştirak etdiyini bildirir. Belarus prezidenti Lukaşenko isə 200 Rusiya təyyarəsi hərbçiləri və ağır texnikanı daşıdığını bəyan edir. 
 
Moderator.az xəbər verir ki, KTMT-nin ilk sülhməramlı əməliyyatı rekordlar antologiyasına daxil ediləcək - KTMT sülhməramlıları Qazaxıstanda yerləşdirilən kimi ABŞ bu ölkəni "qeyri-qanuni" qoşunları təcili çıxarmağa çağırdı. Prezident Tokayev də dərhal reaksiya verdi ki, KTMT qoşunları 2 günə ölkədən çıxarılmalıdır və qoşunlar artıq geri çəkildi. 
 
Putin və Şoyqu bu əməliyyatın Rusiya hərbi nəqliyyat aviasiyasının effektivliyini göstərdiyini bildirib. Rusiya lideri ümid etdiyini bildirib ki, KTMT qüvvələrindən istifadə təcrübəsi daha da öyrəniləcək və lazım gələrsə, düzəlişlər ediləcək.
 
Şoyqu daşınmalarda 80 təyyarənin iştirak etdiyini bildirib. Belarus prezidenti Lukaşenko isə 200 Rusiya təyyarəsi hərbçiləri və ağır texnikanı daşıdığını bəyan edib. Bir həftə ərzində 200 təyyarə reysi ilə ora-bura uçmaq zarafat deyil və burada əməliyyatın pulunu kim ödəyir sualı yaranır.
 
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland yaxşı evdar qadın kimi bu cür pulların nə üçün xərcləndiyini və Rusiya vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün istifadə etməyin daha yaxşı olub-olmadığını öyrənmək istəyi ilə ruslara müraciət edib. Cavabında Mariya Zaxarova heç vaxt Manhettendə olduğundan daha pis asfalt görmədiyini xatırlayaraq ABŞ-a küçə təmirinə pul xərcləməyi tövsiyə edib.
 
Lakin bu, Moskvadan idarə olunan blitskriqlərə və travers yürüşlərinə görə kimin məsuliyyət daşıması sualını aradan qaldırmır.

Tarix: 15-01-2022, 10:33
Xəbəri paylaş





Xəbər lenti