“Paşinyan rejimi nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır” - Levon Ter-Petrosyan



“Paşinyan rejimi nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan tərəfindən səslənib.
Yerli “iLur” saytına müsahibə verən Ter-Petrosyan aşağıdakı bəndləri sadalayıb:
1. Paşinyan rejimi hər hansı vasitə fərq etmədən hakimiyyətini qorumağa çalışacaq.
2. Köçəryan və Sərkisyan rəhbərliyindəki müxalifət aralarındakı ixtilafa rəğmən hər vəchlə yenidən hakimiyyəti ələ keçirməyə cəhd göstərəcək.
3. Üç düşərgədə də dövlət maraqlarının nə olduğu barədə şüur olmadığına görə, erməni xalqı üçün fəlakətli nəticələr qaçılmaz görünür.
4. Çıxış yolu axtarmaq yalnız münaqişə tərəflərinin və ziyalıların üzərinə düşür.
5. Cəmiyyətin qalan təbəqələri situasiyaya təsir gösərmək rıçaqlarına malik deyil. Siyasət və informasiya düşərgələrinin fəal aktyorları yalnız adı çəkilən 3 düşərgənin maraqlarına xidmət göstərir.
Tarix: 15-01-2022, 23:23
Xəbəri paylaş





Xəbər lenti