ABŞ-da silahlı şəxs sinaqoqda insanları girov götürüb



Girov götürən şəxsdə partlayıcı qurğuların olduğunu iddia edilir
ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda silahlı şəxs insanları girov götürüb. AYNA xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri və Federal Təhqiqat Bürosunun əməkdaşları cəlb olunub.
“ABC” telekanalı bildirib ki, sihalı şəxs dörd nəfəri, o cümlədən bir ravvini girov götürüb.
Girov götürən şəxsdə partlayıcı qurğuların olduğunu iddia edilir. Cinayətkar terrorizmdə təqsirli bilinən bacısının həbsdən azad edilməsini tələb edir.
Tarix: 16-01-2022, 08:50
Xəbəri paylaş





Xəbər lenti