Qazaxıstan 30 il ərzində 376 milyard dollar investisiya cəlb edib


Qazaxıstan 30 il ərzidə 376 milyard dollar investisiya cəlb edib

"Qazaxıstan müstəqillik əldə etdiyi 30 il ərzində xarici ölkələrdən 376 milyard dollar investisiya cəlb edib".
Sfera.az xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib. Millət vəkili Arqumentı i faktı qəzetindəki xəbərdən nümunə gətirib:
" 2020-ci ildə ölkəyə ən çox pul Niderlanddan gəlib-30,1 %, ABŞ-13,1%, İsveçrə-10,4 %, Rusiya 7,1 %, Çindən isə 5,6% faiz pul gəlib.  Ölkənin ən böyük neft yataqlarının yerləşdiyi Tengizdə hasilatın 75%-nə amerikalılar nəzarət edir".
Deputat sözügedən qəzetin yüksək tirajla çap olunduğuna da diqqət çəkib:
"Biz deyirik ki, qəzet ölüb. Bunu deyənlərə çox sadə bir cavab - "Arqumentı i faktı" qəzeti 1.263.945 tirajla çap olunur".
Tarix: 16-01-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti