“Mənim atam ekstremist deyil” -Qazaxıstanda öldürülənlərin övladları aksiyaya başladı...

“Mənim atam ekstremist deyil” -Qazaxıstanda öldürülənlərin övladları aksiyaya başladı... 
“Müsəlmanlar üçün xüsusilə ağrılı olan qətlə yetirilmişlərin cəsədinin dəfn üçün verilməməsidir...”
 
Almatıda “Ar.Rux.Xak” ictimai fondunun rəhbəri Baxıtjan Toreqojina ölkədə baş vermiş faciəli hadisələr zamanı öldürülən, saxlanılan və itkin düşənlərə “terrorçu” damğası vurulmaması üçün  onların doğma və yaxınlarını hüquq müdafiəçiləri və jurnalistlərə bu haqda danışmağa çağırıb. Artıq sosial şəbəkələrdə bir sıra  qətlə yetirilmiş qazaxların oğul-qızları sosial şəbəkələrdə üzərində “Mənim atam ekstremist deyil” yazılmış plakatlarla fotolarını paylaşmağa başlayıb.
 
Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə bu günlərdə Qazaxıstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun məlum olaylar zamanı 225 nəfərin öldüyü,  695 nəfərin isə  ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunaraq həbs edilməsi barədə məlumat verdiyi xatırladılır. 
 
Hüquq müdafiəçiləri isə öz hesablarını aparır və  hər bir məhbusun və mərhumun adını müəyyən etmək niyyətindədirlər. Baxıtjan Toreqojinanın siyahısında bu günə kimi öldürülən, həbs olunan və itkin düşən 536 insanın adı var.
 
“Qantar_2022” “Facebook” səhifəsi hər gün insanların, o cümlədən tələbələrin, müəllimlərin, sahibkarların, müxtəlif peşə nümayəndələrinin yeni  faciəvi hekayələri ilə yenilənir.  
 
Yaxınlarının sözlərinə görə, prezident K.Tokayevin dediyi “dini ekstremist dəstələri”nin üzvlərini "ictimaiyyətə nümayiş etdirmək”dən ötrü bu gün hər bir saxlanılan və öldürülən, xüsusən də əvvəl saqqalı olmuş və indi olan şəxs terrorçu elan edilə bilər. Müsəlmanlar üçün xüsusilə ağrılı olan qətlə yetirilmişlərin cəsədinin dəfn üçün verilməməsidir. Məsələn, yanvarın 7-də   Aktobe şəhərində güllələnən Ruslanbek Jubanazarovun cənazəsini valideynləri dəfn üçün ala  bilmir. Gəncin valideynlərinin dediyinə görə, onların oğlu dindən uzaq olub və heç cür “radikal” ola bilməzdi.  Özü də Aktobedə cənub şəhərlərində olduğu kimi qırğınlar olmayıb... 
 
Saxlanılan və öldürülənlərin yaxınlarının sözlərinə görə, Qazaxıstanda dini ekstremist dəstələri yoxdur və Almatıda ədalətsizliyə qarşı kütləvi xalq üsyanını gözdən salmaq üçün soyqırım və yanğınlar, çox güman ki, hazırda həbsdə olan təhlükəsizlik qüvvələri əməkdaşlarının nəzarəti altındakı qruplar tərəfindən həyata keçirilib...
 
Sultan Laçın

Tarix: 20-01-2022, 11:34
Xəbəri paylaş





Xəbər lenti