Rusiya bu ölkənin qazını kəsir: Fövqəladə vəziyyət...



Rusiya bu ölkənin qazını kəsir:
Moldova parlamenti hökumətin təklifi ilə enerji böhranı və qaz təchizatının kəsilməsi riski ilə əlaqədar 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Axar.az xəbər verir ki, bu haqda spiker İqor Qrosu açıqlama verib.

“Fövqəladə vəziyyət rejiminin 60 gün müddətinə tətbiq edilməsi təşəbbüsü 50 deputat tərəfindən dəstəkləndi”, - Qrosu bildirib.

“Kommunistlər və sosialistlər” blokundan olan deputatlar isə hökumətin sözügedən təklifini dəstəkləməkdən imtina ediblər.

Qeyd edək ki, yanvar ayından etibarən ölkəyə satılan qazın qiyməti min kubmetrə görə 450 dollardan 646 dollara yüksəldiyi üçün “Moldovaqaz” şirkəti “Qazprom”a ödəniş etməkdə çətinlik çəkir. “Qazprom” isə sabahdan etibarən Moldovaya qaz satışını dayandıracağı haqqında xəbərdarlıq edib.
Tarix: 20-01-2022, 22:01
Xəbəri paylaş





Xəbər lenti